AIIF 2026 kimi beynəlxalq forum üçün rəqəmsal məhsul yalnız mobil interfeys deyil. Qeydiyyat, iştirakçı datası, görüş məntiqi, agenda, kommunikasiya, admin əməliyyatları və inteqrasiyalar birlikdə işləməlidir.

Bir məhsul, birləşdirilmiş iştirakçı journey-si

POLADO MMC AIIF 2026 üçün iştirakçı yönümlü mobil tətbiqi və əlaqəli rəqəmsal sistemləri hazırlayıb. Məhsul networking, görüş sorğuları, şəxsi təqvim, sessiyalar, QR və bildirişləri eyni data modeli üzərində birləşdirir.

Live event operations üçün backend

Real tədbirdə məlumatlar sürətlə dəyişir. Buna görə admin workflows, approval məntiqi, data export, e-mail və push kommunikasiyası, REST API inteqrasiyaları və access rules ayrıca production məsələ kimi layihələndirilib.

iOS və Android release

Mobil məhsul yalnız development ilə bitmir. Store policy, permission mətnləri, push infrastrukturu, deep-link fallback, təhlükəsizlik və support ssenariləri release prosesinin hissəsidir.

Case study

AIIF 2026 üzrə tam case study və POLADO MMC-nin layihədəki texnologiya rolu üçün AIIF 2026 layihə səhifəsinə baxın. Forum haqqında rəsmi məlumat üçün aiiforum.az istifadə oluna bilər.